İsa Qəmbərin cəza yükündən xilas olmaq üçün qaldırdığı hay-küy əsassızdır
Məhkəmənin qərarına əsasən Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər də 2500 manat cərimə olunub. Amma T.Qəmbər məhkəmə qərarını icra etməyib və bu səbəbdən də qanunvericiliyin tələblərinə uyğun olaraq Ədliyyə Polisi T.Qəmbərin mənzilində ona məxsus əşyaları siyahıya alıb. Müsavat başqanı İsa Qəmbər bu dəfə də siyasi şoular yaratmağa səylər göstərib.
Müsahiblərimiz İ.Qəmbərin bu hərəkətlərinə qiymət veriblər.
Müasir müsavat partiyasının sədri Hafiz Hacıyev:
- İsa Qəmbər ağlın itirib, həqiqətən də çaşıb. İsa Qəmbərin oğlu Turqut Qəmbər hərbi ximətdən qoyun qaçıran insandır. Əgər həqiqətəndə İsa Qəmbər siyasi lideridisə onun oğlu hərbi xidmətə getməli getməli və vətənə olan borcunu ödəməli idi. Onların əməlləri anti-milli əməlləri bir daha göstərir ki, həmin insanlar Azərbaycanı sevmirlər. İsa Qəmbərin xuliqan oğlu Azərbaycanda xuliqanlıq edibsə, hüquq mühafizə orqanları onu əməlinə görə cərimələnibsə, Turqut Qəmbər ona kəsilən cərimə ödənilməlidir. Tək İ.Qəmbərin oğlu yox, ümumiyyətlə hər kəs qanun qarşısında bərabərdir və hər kəs qanunlara tabe olmalıdır. Lakin ona kəsilən cərimə ödəməkdən boyun qaçırmaq, hay-küy salmaq, siyasi şoular düzənləmək yenə də görüntü xarakteri daşıyır. Bu hadisələri siyasiləşdirmək çox yalnışdır. Əgər qanunları pozubsa, əməlinə görə cərimə tətbiq olunubsa, bu da qanuni şəkildə borcunu ödənilməlidir. Artıq bunun ətrafında siyasi şoular düzənləmək nəyə lazımdır? Hec kimə icazə verilməyib ki, qanuna zidd əməllər törətsin. Amma bunların təqsiri ola-ola, eyni zamanda bunu siyasiləşdirməyə çalışırlar. Bütün bunlar İsa Qəmbərin başının altından çıxıb. Ona görə də onların bu məsələ ətrafında etdiklərini şit hərəkət kimi qiymətləndirirəm. Azərbaycan xalqı da yaxşı bilir ki, İsa Qəmbərdən müxalifət olmaz. İsa Qəmbər müəyyən adamlara işləyən satqın bir insandı. Ümumiyyətlə deyim ki, İsa Qəmbərlə Əli Kərimli şəxiyyətini itirmiş adamlardı.
ASDP sədri Araz Əlizadə:
- Burada siyasi motiv axtarmaq tamamilə yalnışdır. Ortada məhkəminin qüvvəyə minmiş qərarı var. Əgər məhkəmənin qərarından kiminsə narazılığı varsa bu qərardan şikayət verə bilər. Daha bunun ətrafında hansısa açıqlamalar vermək, fikirlər söyləməyi yalnış addım sayıram. Olub ki, mən yol gedərkən radara düşmüşəm. Amma qanunla mənə tətbiq olunan cəriməni ödəmişəm. Daha bu məsələni siyasiləşdirib, siyasi motivlər axtarmamışam. Ona görə də cəriməni ödəməyən şəxsin evində əşyalar siyahıya alınırsa demək ki, qanunun tələbidir. Cərimə ödənilsəydi heç də əşyalar siyahıya alınmayacaqdı. Odur ki, bir daha qeyd edirəm ki, ortada məhkəmənin qərarı var. Qanun qarşısında hər birimiz bərarərik. İstər adi vətəndaş olsun istərsədə hər hansı bir vəzifə sahibi.
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB