Avropa Hərəkatının II konqresi keçirilib FOTO

Avropa Hərəkatının II konqresi keçirilib FOTO

Bu gün Azərbaycan Avropa Hərəkatı Bakı Slavyan Universitetində (BSU) II konqresini keçirib. SİA-nın məlumatına görə, konqresdə hərəkat prezidenti Ramin Hacılı açılış nitqindən sonra son bir ilin hesabatını açıqlayıb. Daha sonra növbəti ilin (2013-cü il) fəaliyyət planı, hesabat və hərəkatın strukturu səsverməyə çıxarılıb.

Konqres zamanı hərəkatın bir illik fəaliyyətini özündə əsk etdirən film nümayiş etdirilib. Bundan sonra isə tədbirdə iştirak edən qonaqlara və Azərbaycan Avropa Hərəkatının İdarə Heyətinin üzvlərinə söz verilib.

500-ə yaxın insanın iştirakı ilə baş tutan Konqresdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, dövlər qurumlarının nümayəndələri, yerli ictimai-siyasi qurumlar, Azərbaycanın Avropaya intqerasiyasını dəstəkləyən aktiv vətəndaşlar, AAH-nın üzvləri və media nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının nizamnaməsinə görə, hərəkatın örezidenti və İdarə Heyəti 3 il müddətinə seçilir. Lakin hərəkat rəhbərliyi hər il konqres təşkil edərək hesabatlarla çıxış edir. Bununla yanaşı hesabat konqresində AAH İdarə Heyəti tərəfindən tövsiyyə olunan qərarlar da müzakirəyə və səsverməyə çıxarıla bilər.

Qeyd edək ki, tədbirdə Millət vəkilləri Asim Mollazadə, Çingiz Qənizadə, Azərbaycan Gənclərinin Avropaya İntqerasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova və s. qonaqlar iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə