Asim Mollazadə: “Ermənistanda “seçki” yox, şou nümayiş etdirildi”

Asim Mollazadə: “Ermənistanda “seçki” yox, şou nümayiş etdirildi”

"Ermənistanda "seçkilər" yox, şou nümayiş etdirildi". Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə Ermənistanda keçirilən qeyri-demokratik seçkiləri şərh edərkən deyib. Onun sözlərinə görə, bu "seçki" hakimiyyətdə olan qrupun öz kreslolarını qorumasına yönəlmiş nümayiş idi: "Əslində seçki heç bir rəqabət olmadan keçirildi. Çünki seçkiyə qədər əli azərbaycanlı və erməni qanına batan Serj Sarkisyan iddialı namizədləri aradan götürməyi bacarmışdı".

Bütün xəbərlər Facebook səhifəmizdə