“Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması olacaq”

Hikmət Babaoğlu:
“Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması olacaq”

Suriyadan olan ermənilərin Dağlıq Qarabağ ərazisinə köçürülməsi beynəlxalq hüquqa zidd olmaqla bərabər bir ölkə prezidentinin siyasi sərsəmliyini ortaya qoyur. Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin redaktoru, politoloq Hikmət Babaoğlu Suriyadan olan ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı Ermənistan prezidenti Serj Sarkisyanın növbəti dəfə verdiyi sərsəm bəyanata münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədr olan ölkələri bu cür provokativ çağırışlara ciddi reaksiya verməlidirlər və beynəlxalq hüququn prinsiplərini yerinə yetirməlidirlər. Əgər bu belə olmasa, düşünürəm ki, bu dünya ictimaiyyəti qarşısında beynəlxalq hüququn göz görə-görə kobud şəkildə pozulmasına başlıca stimul olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə