Deputat: “Ac toyuq, yuxusunda darı görər” MÜNASİBƏT

Deputat: “Ac toyuq, yuxusunda darı görər” MÜNASİBƏT

Müxalifətin əsas niyyəti başlıca olaraq yuxarı kürsüdə əyləşməkdir. İctimai Palata bugünədək heç bir fəaliyyəti ilə yadda qalmayıb. Bunu SİA-ya millət vəkili Məlahət İbrahimqızı prezident seçkiləri öncəsi müxalifət partiyalarının "kölgə kabineti" siyahısına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bütün bunlar müxalifətin gördüyü yuxu və bu şirin yuxudan ayılmaq istəməməsinə işarədir: "Hətta el arasında belə bir misal vardır ki, "ac toyuq, yuxusunda darı görər". Onların sadəcə bir məqsədi var ki, bu da nəyin bahasına olursa-olsun hakimiyyətə sahib olmaqdır. Bu insanları nə xalqın istək və arzuları, nə də onların fikirləri maraqlandırmır".

Bütün xəbərlər Facebook səhifəmizdə