Dağıdıcı müxalifətin etimad limiti 1993-cü ildə bitib"

Elman Məmmədov: "Kölgə kabineti" müxalifətin şirin yuxularıdır"
Dağıdıcı müxalifətin etimad limiti 1993-cü ildə bitib"

"İnsan elə bir məxluqdur ki, doğulan gündən ölənə qədər arzularla, niyyətlərlə, xəyallarla yaşayır. İctimai Palata "kölgə kabineti", nə bilim daha nələr, bütün bunlar hamısı onların şirin yuxularıdır". Bu fikirləri millət vəkili Elman Məmmədov SİA-ya açıqlamasında bildirib.

Müxalifətin "kölgə kabineti"nə münasibət bildirən millət vəkili onu da qeyd edib ki, bu müxalifətin xəyalları, yuxuları olduğu üçün bunu onlara qadağan eləmək olmaz. Həm özlərini müxalifət adlandıranların nəsə yaratması onların konstitusion hüququdur. Ancaq burda bir məsələ var. Bu adamlara xalq tərəfindən göstərilən etimadın limiti 1993-cü ildə bitib. Bu insanlar bunu bilirlər, sadəcə özlərini bilməməzliyə vururlar və etiraf etməyə cəsarətləri çatmır.

Millət vəkili E.Məmmədov dağıdıcı müxalifətə son "layihəsinə" münasibət bildirərək qeyd edib ki, bunlar uzunmüddətli əməkdar müxalifət dəstəsidir.

E.Məmmədov Əkrəm Əylislini müdafiə edən müxalifətçilərə də mesaj yollayıb: "Əgər bu gün kimsə Azərbaycan xalqına, dövlətinə düşmən mövqedə duran Əkrəm Əylislini müdafiə edirsə, onun mövqeyi ilə Əylislinin mövqeyində fərq yoxdur. Əgər Azərbaycan torpaqlarını işğal edən, uzun illər boyu türklərə qarşı soyqırımı, qırğınlar törədən, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salan ermənilərin tərəfində duran Əylislini tərifləyib, müdafiə edirlərsə bu o deməkdir ki, onun ünvanına deyilən sözlər həm də onu müdafiə edənlərə çatır".

Bütün xəbərlər Facebook səhifəmizdə