Peykin orbitə çıxarılması Azərbaycanın inkişafının zirvəsidir

Peykin orbitə çıxarılması Azərbaycanın inkişafının zirvəsidir

Telekommunikasiya peykinin orbitə çıxarılması Azərbaycanın inkişafının zirvəsidir

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması tarixi hadisə, mühüm nailiyyət, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və artıq kosmik klubun üzvüdür. Yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi təmin edəcək.

2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaq.

Azərbaycanın daha da güclənməsi, daha da müasirləşməsi üçün bütün lazımi addımlar atılır.

Bütün xəbərlər Facebook səhifəmizdə