Deputat: “Bu gün Avropa birliyi Azərbaycana inanır” MÜNASİBƏT

Deputat: “Bu gün Avropa birliyi Azərbaycana inanır” MÜNASİBƏT

"Bu gün Azərbaycan dünyanın bir çox ölkələrində öz siyasətini (Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı) uğurla davam etdirir". Bunu SİA-ya deputat Nəriman Əliyev dövlət baçısı cənab İlham Əliyevin seçkilər öncəsi daxili və xarici siyasətdə apardığı işlərə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, uzun illər biz dünya ölkələrinə öz haqlı mövqeyimizi çatdıra bilmirdik. Məhz cənab prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, biz artıq öz haqqımızı tələb edə bilirik: "Təbii ki, prezident seçkiləri öncəsi bütün ictimai birliklər, eləcə də digər dövlət qurumları dövlət başçısına dəstək nümayiş etdirərək bu istiqamətdə lazımi işlərini həyata keçirəcəklər. Bu gün Azərbaycanın bütün regionları, kəndləri, qəsəbələri bütün Avropa ölkələrinin şəhərlərindən üstün səviyyədə inkişaf edir. Hətta 70 il yaşadığımız Sovet dövründə bəzi rayonların qaz üzünə həsrət qaldığı bir zamanda, hazırda bu istiqamətdə bütün problemlər aradan qaldırılıb. Tək son beş ildə 700 minə yaxın yeni iş yerləri açılıb. Bütün bunların hər biri ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir".

N.Əliyev sözlərinə əlavə edib ki, bu gün Avropa birliyi (AB) Azərbaycana inanır: "2015-ci il Avropa Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi məhz buna bariz sübut kimi göstərilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə