Səfir: “Heç kim Azərbaycanı Gömrük İttifaqına qoşulmağa məcbur etmir

Səfir: “Heç kim Azərbaycanı Gömrük İttifaqına qoşulmağa məcbur etmir

Rusiyanın Avrasiya iqtisadi Birliyi ilə bağlı konkret planları var. SİA-nın verdiyi xəbərə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər Avropa İşgüzar İnteqrasiya Klubunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, heç kim Azərbaycanı Gömrük İttifaqına və Avrasiya Birliyinə qoşulmağa məcbur etmir: "Əgər Azərbaycan MDB ölkələri ilə münasibətləri ikitərəfli qaydada inkişaf etdirmək istəyirsə, biz bunu anlayışla qarşılayırıq. Azərbaycanın digər ölkələrlə arzu etdiyi şəkildə əməkdaşlıq etmək hüququ var".

Bütün xəbərlər Facebook səhifəmizdə