İranın xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycana gələcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, səfərdə məqsəd Azərbaycanda keçiriləcək İran-Azərbaycan birgə ticari-iqtisadi komissiyanın iclasında iştirak etməkdir. Bununla belə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, eləcə də bir sıra yüksəkvəzifəli şəxslərin də İrana səfərə nəzərdə tutulub. Onlar İranda Azərbaycan mədəniyyəti günlərinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə