Ermənistanda ötən həftə sui-qəsdə məruz qalan prezidentliyə namizəd Paruyr Hayrikyan seçkilərin vaxtını dəyişdirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyəcək. SİA "Novosti-Armeniya" saytına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hayrikyanın vəkili Levon Baqdasaryan deyib.
Qeyd edək ki, yanvarın 31-də Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yarandığında, seçkilər iki həftə müddətində təxirə salınır. Bir müddət əvvəl Hayrikyan Ermənistan qanunvericiliyində nəzərdə tutulmuş seçkilərinin vaxtının dəyişdirilməsi hüququndan istifadə edə biləcəyini bəyan etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB