XİN başçısı Misirə gedir

Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Misir Ərəb Respublikasına səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Xarici İşlər Naziri Elmar Məmmədyarovun "İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar" mövzusunda keçiriləcək Zirvə Toplantısında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə