" "Daş yuxular" romanını Azərbaycan xalqına qarşı təhqir kimi qiymətləndirirəm. Təəssüf hissi keçirirəm ki, vaxtı ilə əsərlərini böyük məmnuniyyətlə oxuduğum Əkrəm Əylislinin daxilində ermənilik var imiş". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı yazıçı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında dərc olunmuş romanına münasibət bildirərkən deyib.
"Həmin ermənilik hissi görünür ki, onun genetikasında erməni kodlarının ifadəsindən başqa bir şey deyil. Nə vaxtsa ermənipərəstlik üzə çıxmalı idi. Bu yaşında bu addımın atılması ilə o, əslində özünün keçmiş tərcümeyi- halının üstündən xətt çəkməli oldu",- deyə millət vəkili fikirlərinə əlavə edib.
Millət vəkili vurğulayıb ki, Əkrəm Əylisli bu hərəkəti ilə bir daha sübut etdi ki, onun Azərbaycan xalqı və onların ruhu ilə heç bir əlaqəsi olmayıb: "Vicdanlı yazıçı olsaydı, ermənilərin öz himayədarlarının əli ilə Azərbaycan torpaqlarına etmiş olduğu hücumlar nəticəsində 20 % ərazilərimizin zəbt edilərək Ermənistan respublikasının yaradılması, 1918-20-ci ildə Zəngəzurda, Göyçədə, eyni zamanda, Qubada, Bakıda, Lənkəranda, Naxçıvanda tökülən minlərlə soydaşımızın qanını göz önünə gətirməli idi".
"O, ermənilərin törətdikləri vəhşilikləri də unutmamalı idi. Ancaq görünür ki, onun düşüncələrində erməniliyin hər zaman aparıcı mövqedə olması bu addımı atmasına şərait yaratdı. Çünki o, bundan əvvəl də ermənilərə qarşı rəğbətini gizlətməyib. Bu və ya digər formada öz rəğbətini bildirib. Ancaq bu dərəcə həyəsızcasına deyil. Azərbaycan xalqını təhqir etməkdən belə çəkinməyən və bu hərəkətindən də peşmançılıq hissi keçirməyən Əkrəm Əylisli xalqımızın nifrətinə layiqdir",- deyə F. Ağamalı deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB