"Ermənistanda son günlər baş verən hadisələrin hamısı təbii proseslərdir. Cinayət içərisində batan ölkələrdə təbii ki, cinayətlər baş verəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Asəf Hacıyev Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd faktına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, cinayət hadisələrindən biri də ölkənin ən nüfuzlu və prezidentliyə namizədliyini vermiş Paruyr Ayrikyana qarşı sui-qəsdin törədilməsi idi: "Təsəvvür edin ki, günün ortasında kiməsə atəş açırlar. Bu halın baş verməsi heç də təəccüb doğuracaq hadisə deyil. Bundan sonra da bu kimi xoşa gəlməz hadisələr baş verəcək. Çünki ölkə tamamilə cinayət içərisindədir".
"Ölkənin rəhbəri isə ən böyük cinayətkardır. Vaxtı ilə Azərbaycana qarşı törədilən Xocalı soyqırımı və başqa hadisələr də bu cinayətkarlığın bariz nümunəsidir. Son günlər orada baş verən sui-qəsd də cinayətin bir qoludur. Buna görə də təəccüblənmək lazım deyil",- deyə Asəf Hacıyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB