"İnsanların həbsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı İqbal Ağazadə bildirib.
O deyib ki, "Binə" Ticarət Mərkəzində baş verən hadisələrlə bağlı xeyli sayda sahibkar həbs edildi: "Amma nədənsə, bu hadisənin əsl səbəbkarları hakimiyyət tərəfindən heç vaxt ittiham edilmir. Eyni zamanda, İsmayıllı hadisələrini də misal gətirmək olar. Haqsız istintaq araşdırmaları aparılır. Əgər bir rayonda 3-4 min adam aksiya keçirirsə, bu şəraiti yaradanları cəzalandırmaq lazımdır. İnsanlar haqsız yerə həbs olunmamalıdırlar. Belə məsələlərə hakimiyyət son qoymalıdır. Bu sahədə istintaq araşdırılması düzgün aparılmalıdır."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB