Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında "Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" siyasi məktəbinin növbəti seminarı keçirilib. SİA-nın məlumatına görə, seminarı politoloq, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Svetlana Bayramova keçirib.
Seminarda qeyd olunub ki, Azərbaycan gəncləri yüksək inkişaf səviyyəsinə çatıb. Ona görə də müstəqil fikir ətrafında öz həyatlarını qurması çox önəmlidir. S.Bayramaoya iştirakçılara bildirib ki, bu gün gənclər hansı siyasi qüvvənin arxasınca gedəcəksə həmin üvvə qalib gələcək: "Bu gün Azərbaycan hakimiyyətinin diqqət yetirməli olduğu əsas məsələ gənclər arasındakı liderlik bacarığı olan gəncləri meydana çıxarmaqdır. Bu təsadüfi deyil ki, ictimi-siyasi mühiti pozmağa çalışan qüvvələr məhz gənclərdən əsas qüvvə kimi istifadə edir. Mitinqlərin, aksiyaların əsas hərəkətverici qüvvəsini gənclər təşkil edir. Bu il ölkədə seçkilər keçiriləcək. Hesab edirəm ki, gənclər də daxil olmaqla xalq yenidən ölkə prezidentinə etimad göstərəcəklər. Bu gün Azərbaycanda prezident İlham Əliyevə alternativ olan lider yoxdur. Bununla belə Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məsələ ölkə vətəndaşlarının sosial rifah halının yüksəldilməsidir. Doğrudur, bəzi məmurlar öz üzərlərinə düşən vəzifəni doğru yerinə yetirmir. Onlar üçün əsas vəzifə dövlət və vətəndaş maraqları deyil, şəxsi gəlir maraqları maraqlandırır. Belə insanlar bütün dövrlərdə olub. Həmçinin belələrinə qarşı hökumət əzmlə mübarizə aparır".
Daha sonra seminar ölkədə və dünyada baş verən hadisələr ətrafında dialoq şəklində davam etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB