ICAPP-ın 2013-cü il üçün ilkin fəaliyyət proqramı təsdiq edilib
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 2013-cü il üçün ilkin fəaliyyət proqramı təsdiq edilib. İlkin proqrama əsasən, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Qadınlar Qolunun iclası 4-5 aprel tarixlərində Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Bakı şəhərində keçiriləcəkdir.
İclasın gündəliyinə Qadınlar Qolunun şurasının forması, gələcək fəaliyyət istiqamətləri və digər məsələlər salınıb. Bundan əlavə, ICAPP Gənclər Festivalı da iyul və ya avqust aylarında Azərbaycanda keçiriləcəkdir.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 2013-cü il üçün ilkin fəaliyyət proqramına əsasən, Daimi Komitənin 19-cü iclası 25-26 aprel tarixlərində Vyetnamın paytaxtı Hanoyda, Qadın Hüquqları üzrə ICAPP-ın xüsusi konfransı sentyabr - oktyabr aylarında Koreyanın paytaxtı Seulda, ICAPP Daimi Komitəsinin 20-ci iclası sentyabr - oktyabr tarixində Türkiyədə keçiriləcəkdir.
Onu da qeyd etmək lazımdır ki, ICAPP-ın Beynəlxalq Konfransının 2013-cü il üçün ilkin fəaliyyət proqramına Asiya, Afrika və Latın Amerikası Siyasi Partiyalarının Birinci Üçtərəfli Konfransının keçirilməsi də daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB