Ermənistan ordusunda insident: 1 ölü

Ermənistan ordusunda insident: 1 ölü

İşğalçı Ermənistan ordusunda ölüm hallarının baş verməsi adiləşib. Zabitlərin dözümsüz münasibəti və digər hallar intihar hallarının artmasına səbəb olub. SİA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, bu dəfə də Ermənistan ordusunda ölümlə nəticələnən silahlı insident baş verib. Ötən gecə Ermənistanın "N" saylı hərbi hissəsində əsgər Yuri Qareqinyan tabel silahından xidmət yoldaşı Artak Qalustyana atəş açıb. A.Qalustyan yerində ölüb.

Ermənistanın Müdafiə Nazirliyi də faktı təsdiqləyib. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə