Parlamentin ilk iclasında 12 məsələ müzakirə olunacaq

Parlamentin ilk iclasında 12 məsələ müzakirə olunacaq

Milli Məclisin fevralın 1-də keçiriləcək ilk yaz sessiyasının iclasında 12 məsələ müzakirə olunacaq. SİA-nın məlumatına görə, bunu parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, gündəliyə yaz sessiyasının iş planı, komitələrin tərkibində, İnzibati Xətalar Məcəlləsinə, "Seleksiya haqqında" qanuna dəyişikliklər və digər məsələlər daxil edilib.

O bildirib ki, yaz sessiyası çərçivəsində 14 qanun layihəsi müzakirəyə çıxarılacaq. Bundan əlavə, yaz sessiyası çərçivəsində hökumətin, ombudsmanın hesabatları dinlənilcək, büdcəyə əlavə və dəyişikliklər məsələsinə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə