Avropalı deputatları təəccübləndirən nə oldu?

Avropalı deputatları təəccübləndirən nə oldu?

"AŞPA-nın qış sessiyasında son illər Azərbaycanda dini dözümlülük, müxtəlif dini icmalar üçün yaradılmış şərait avropalı deputatların rəğbətinə səbəb oldu". SİA-nın məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov Milli Məclisdə keçirilən mətbuat konfransında deyib.

S.Seyidov bildirib ki, Azərbaycanda katolik kilsəsinin, sinaqoqların tikilməsi və Rus Pravoslav Kilsəsinin təmiri avropalı deputatların diqqətinə çatdırılıb və onlar bunu alqışlayıblar: "Eyni zamanda onlara sual olundu ki, müxtəlif dini icmalar üçün başqa hansı ölkələrdə belə şərait yaradılıb? Ştrasser və onun tərəfdarları bu sualın qarşısında aciz qaldılar".

Bütün xəbərlər Facebook səhifəmizdə