Millət vəkili: “Hökumət rəhbərləri real təhlükəni aradan qaldıra bilmirlər”
"Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Christoph Strasserin Azərbaycanda son 12 ildə keçirilən seçkilər və "siyasi məhbus" problemi mövzusunda məsələləri müzakirəyə çıxarması gecikmiş məsələdir". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, bu il keçiriləcək prezident seçkilərində nə Christoph Strasserin, nə də digərlərinin seçkilərlə bağlı iradına heç bir əsas yoxdur. Çünki seçkilərlə bağlı kompaniya heç başlamayıb: "Onun bu cür iradları tək Azərbaycana qarşı deyil, Gürcüstana, Ukraynaya və digər dövlətlərə qarşı da tətbiq olunub. Ancaq hər bir irad konkret olaraq yerində baxılmalıdır. Beləcə bu proses də yuxarıdan aşağıya dərs vermək xarakteri daşımamalıdır".
Politoloq Avropanın iqtisadi tənəzzüldən sonra apardığı müstəmləkəçilik siyasətinə də münasibət bildirib: "Məlum məsələdir ki, Avropanın bəzi ölkələrində real təhlükələr mövcuddur və hökumət rəhbərləri bunu aradan qaldırmaq iqtidarında deyil. Liviyadakı, Əl-Qaidəki hadisələr kifayət qədər təhlükəlidir. Mən heç də düşünmürəm ki, Fransa və digər bu kimi dövlətlər digər ölkələrin ərazisinə qoşun yeridərək böyük zövq alırlar. Bu ilk növbədə həmin dövlətin böyük məsuliyyəti deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB