120-130-ə yaxın gənc “Qış məktəb”ində iştirak edəcək

120-130-ə yaxın gənc “Qış məktəb”ində iştirak edəcək

Biz Yeni Azərbaycan Partiyası (YAP) Gənclərinin Birliyinin aktiv gənclərindən ibarət növbəti "Qış məktəb"ini bu ilin fevarlında reallaşdırmağı planlaşdırırıq. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.

Onun sözlərinə səfərin dəqiq vaxtı YAP-ın rəhbərliyi tərəfindən dəqiqləşdirilir: "Burada Bakı şəhərindən, eləcə də YAP-ın rayon təşkilatlarının aktiv gəncləri (Sumqayıt, Abşeron) olmaqla, ümumilikdə 120-130-ə yaxın gəncin Oğuz rayonunda "Qış məktəb"lərində iştirakını nəzərə tuturuq. Bu "Qış məktəbi"ndə aktiv gənclərlə bərabər, müxtəlif mövzularda (siyasi, liderlik, İKT) dəyirmi masalar təşkil ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə