Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın "Region" araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən reallaşdırılan yeni layihə çərçivəsində "İctimai dialoqlar" adlı sayt yaradılıb. Sayt fəaliyyət başlayan kimi azərbaycanlı və erməni jurnalistlər "İrs" partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. Partiyanın sədri Raffi Ovannisyan Azərbaycanın işğal altındakı ərazilərini "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edib. Ardınca da bu sənədin demarkasiyası məsələsini gündəmə gətirib. Bunu SİA-ya açıqlamsında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, başda Leyla Yunus olmaqla Azərbaycandan olan, jurnalistlər ərazi bütövlüyümüzün pozulması ilə bağlı suallar səsləndirməyiblər: "Burda L.Yunusu anlamaq çətin deyil. Çünki bu insan heç vaxt Azərbaycan xalqını sevməyib. Azərbaycanla bağlılığı yoxdur. Çünki qaynana aşiqidir. Ancaq onun qaynanasına bağlılığı da inadırıcı deyil. Ona verilən yardımlar əsasında müxtəlif xarici ölkələrdə mülklər və obyektlər alıb. Burda məqsəd azərbaycanlıların hüquqlarının pozulması hesabına varlanmadır. Göründüyü kimi bu insan indiyədək öz arzusuna çatıb. L.Yunusa söz deməyində heç bir mənası yoxdur. İndiyə kimi qadınlığından istifadə edərək bu işlərlə məşğul olub. Bundan sonra da fəaliyyətindən əl çəkən deyil".
Azərbaycanlı jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil, məhz Ermənistandakı mövcud siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar səsləndirməsinə də aydınlıq gətirib: "Serj Sarkisyan Qarabağ üzərindən hakimiyyətə gəldiyi üçün bundan istifadə eərək yenidən seçkidə qalib gəlmək istəyir. Prezidentliyi dövründə Ermənistan üçün heç bir nailliyyət qazana bilməyib. Burada məsələnin Azərbaycanlıların dilindən səsləndirməklə piar kimi istifadə etmək niyyətindədirlər. Bu ermənilərin hazırladığı məkrli siyasi texnologiyadır. Təəssüf ki, adını Azərbaycanlı qoyan "jurnalistlər" Dağlıq Qarabağ kimi problemimiz qala-qala Ermənistanın problemlərini həll etməklə bağlı suallar verməklə böyük əxlaqsızlığa yol veriblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB