Amerika Birləşmiş Ştatlarında 57-ci prezidentin andiçmə mərasiminə hazırlıqlar davam edir. SİA-nın məlumatına görə, təşkilatçılar Obamanın sabah baş tutacaq sayca ikinci inaqurasiyası və bununla bağlı tədbirlərdə 800 minə yaxın adamın iştirak edəcəyini açıqlayıb.
Təntənəli mərasimlər Pensilvaniya prospektində paradla başlayacaq. Yürüş edən orkestrin qarşısında ənənəvi olaraq prezident ailəsi hərəkət edəcək, ardınca isə rəqqaslar, müxtəlif maskaradlı aktyorlar, hərbçilərin hərəkəti nəzərdə tutulur.
Açılışda əvvəlcə bütün nəzərlər ABŞ prezidenti ilə birinci xanımının rəqsinə yönələcək. Bundan başqa, inaqurasiya mərasimində Beyons, Keti Peri və Aşer kimi tanınmış ulduzların musiqili çıxışı planlaşdırılıb. Andiçmə zəifləmiş iqtisadiyyat, yüksək işsizlik və silahla bağlı silsilə insidentlər fonunda keçsə də, təşkilatçılar mərasimlə bağlı əhval-ruhiyyənin yüksək olduğunu əmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB