İvanişvili Qarabağa görə dalaşdı

Gürcüstan baş nazirini İrəvanda ona verilən sual qəzəbləndirib
İvanişvili Qarabağa görə dalaşdı

Gürcüstan baş naziri Bidzina İvanişvilini İrəvanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona verilən sual qəzəbləndirib. Ermənistana səfəri çərçivəsində erməni həmkarı Tiqran Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında ona müxtəlif suallar ünvalıb.

Ermənistan mətbuatının məlumatına görə, "Rustavi-2" telekanalının Gürcüstan baş nazirinə Dağlıq Qarabağ münaqişəsi haqqında verdiyi sual gərginliyə səbəb olub.

Sualın nədən ibarət olduğu açıqlanmasa da gürcü jurnalist sual vermək hüququndan məhrum edilib. Mətbuat konfransında Bidzina İvanişvili Dağlıq Qarabağ münaqişəsinin danışıqlar nəticəsində həllinə tərəfdar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə