Nə qədər ki, Azərbaycan Cənubi Qafqazda əhəmiyyətli mövqeyi qoruyur ona qarşı belə qərəzli hesabatlar hər zaman hazırlanacaq. Bunu SİA-ya açıqlamsında Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud "Freedom House" təşkilatının növbəti dəfə Azərbaycanla bağlı yaydığı qərəzli hesabata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusunu gücləndirmək üçün səylərini artırdığı, beynəlxalq münasibətlərdə çevik siyasət yeritmək üçün əməli fəaliyyyət göstərdiyi halda bu tip hesabatlar da müsbət xarakterize olunmayacaq: ""Freedom House" təşkilatının Azərbaycanı müxtəlif parametrlərdə ən aşağı ölkə kimi qələmə verməsi, hətta Dağlıq Qarabağda qondarma qurum yaratmış, narkobiznesdən əldə olunan gəlir hesabına yaşayan və terrorçuluqla məşğul olan separatçılarla bir sıraya qoyması ədalətsizlikdir. Hesab edirəm ki, bu beynəlxalq huquqa daban-dabana zidd addımdır. Digər bir məsələ, bu hesabat əslində Azərbaycan cəmiyyətinə və onun əhəmiyyətli hissəsini təşkil edən gənclərə bir mesajdır ki, "Freedom House" yaydığı bu sənədi obyektiv meyarlar əsasında deyil, məhz özümüzün baxış bucağı, müsəlman və türk dilli ölkələrin zəiflədilməsinə, dünyada imicinin korlanmasına hesablanmış meyarlar əsasında hazırlayır. Ona görə də bu kimi təşkilatlardan yüksək dərəcədə insan hüquqlarının qorunması ilə bağlı sorğuların keçirilməsi, hesabatların hazırlanmsında buna uyğun cədvəllərin qurulması istiqamətində addımlar atılmasını gözləməyə dəyməz. Hesab edirəm ki, sonda bu təşkilatlar da tutduqları ədalətsiz mövqedən çəkinərək ədalətli mövqeyə qayıdacaqlar. Azərbaycan dövləti isə tutduğu yoldan çəkilməməli, mövcud sahələrdəki çatışmamazlıqların aradan qaldırılmasına çalışmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB