""Freedom House" Azərbaycana qarşı düşmən mövqedə dayanan və qeyri-obyektiv bəyanatlarla çıxış edən təşkilatdır". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli təşkilatın Azərbaycanla bağlı yaydığı hesabata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, "Freedom House" ilk dəfə deyil belə hesabatlarla çıxış edir: "Təssüflə qeyd edilməlidir ki, Azərbaycanda da belə təşkilatlara informasiya ötürən, öz dövlətinin milli maraqlarına qarşı dayanan, ayrı-ayrı xarici təşkilatların qrandlarından asılı olan ləyaqətsiz insanlar da var. Həmin insanların ötürdüyü yanlış məlumatlar əsasında belə hesabatlar hazırlanır. Ermənistanda keçirilən seçkilər çərçivəsində insan hüquq və azdlıqlarının və söz azadlığının kobud şəkildə pozulmasına, bununla bağlı prezidentliyə namizədlərin mətbuat konfransı və aclıq aksiyası keçirməsinə baxmayaraq, Ermənistanla bağlı bu təşkilatın hesabatlarında bir məqam belə nəzərə çarpmır. Bu bir daha sübuta yetirir ki, həmin təşkilat bilavasitə erməni diasporunun himayəsi və Ermənistanı müdafiə edən dövlətlərin maraqlarından çıxış edir. Təbii ki, bu təşkilatın yaydığı hər bir hesabat qərəzli xarakter daşıdığı üçün Azərbaycan buna birmənalı şəkildə öz etirazını bildirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB