Ötən gün Ermənistan prezidenti Serj Sarkisyanın başçılığı ilə Müdafiə Nazirliyində geniş müşavirə keçirilib. Sarkisyan müşavirədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir söyləyib. Erməni prezident Qarabağ probleminin artıq ölüm-qalım məsələsi olduğunu bildirib.
Məsələyə münasibət bildirən millət vəkili Asəf Hacıyevin SİA-ya verdiyi məlumata görə, sözsüz ki, Ermənistan öz üzərinə düşən bütün addımları atacaq: "Əlbəttə ki, Ermənistan ağ bayrağı qaldırıb təslim olacağını bildirəcək. Sarkisyan Azərbaycanın gücünü görəndən sonra işğal etdiyi torpaqları geri qaytaracaq. Beləcə, bizim qaçqın və məcburi köçkünlərimiz də öz yuvalarına qayıdacaqlar. Bununla da Sarkisyan bir daha geri dönməmək arzusu ilə öz ölkəsini tərk edəcək. Çünki erməni xalqını bu vəziyyətə salan elə başda Sarkisyan olmaqla bir qurup insanlardır. Təkcə Ermənistanda ötən ilin statistikasına nəzər salsaq görərik ki, xarici ölkələrə miqrasiya edən şəxslərin sayı (66 min) nə qədər artıb. Sarkisyan sonda gözlərini açacaq ki, artıq ölkədə heç kim qalmayıb. Bu insan öz tarixi, xalqı qarşısında bir gün cavab verəcək. S.Sarkisyan dəfələrlə bu kimi çıxışlar edib. Ermənistanda fevral ayında növbəti seçkilər reallaşacaq. Biz də başa düşürük ki, bu insan öz auditoriyasının rəğbətini qazanmağa çalışır. Mən Sarkisyana sual verirəm ki, siz öz çıxışınızda bildirmişdiniz ki, Ağdam heç vaxt Ermənistan ərazisi olmayıb. Əgər bu torpaqlar Ermənistanın ərazisi deyildirsə, bəs siz o torpaqlarda nə gəzirdiniz? Təbii ki, həmin qondarma dövlət bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozub. Azərbaycan prezidenti cənab İlham Əliyevin də dediyi kimi ölkəmizin bir qarış torpağı müzakirə obyekti ola bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB