"Rusiya həmsədr dövlət kimi sülhün tərəfdarı olmalıdır"

"Rusiya həmsədr dövlət kimi sülhün tərəfdarı olmalıdır"

Ümumiyyətlə Xəzər dənizinin hərbiləşdirilməsi nəticə etibarı ilə birtərəfli proses ola bilməz. Bunu SİA-ya Prezident Yadında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli Rusiyanın Cənubi Qafqazda güc sahibi olması məsələsinə münasibət bildirərkən belə söyləyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi dəniz donanmasını daha da gücləndirmək və yeni gəmilərlə təchiz etmək strategiyası sonda ona gətirib çıxara bilər ki, bu indiyənədək Xəzərin statusu ilə bağlı keçirilən beynəlxalq sammitlərin prinsip və normalarına əks mövqe sərgiləsin: "Çünki bu sammitlərdə hər dəfə qeyd olunub ki, gəlin "Xəzər dənizini dostluq, beynəlxalq əməkdaşlıq" dənizinə keçirək. Rusiyanın Xəzər donanmasında daha da güclənmək niyyəti hesab edirəm ki, digər Xəzəryanı dövlətlərin də anoloji addım atmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə ola bilməz ki, Rusiya dənizdə mütəmadi şəkildə güclənsin və bunu açıq-aşkar həyata keçirsin. Təbii ki, digər dörd dövlətin də bu istiqamətdə fəallaşması labüdləşə və Xəzər akvatoriyasının militaristləşməsi meylləri ortaya çıxar bilər. Hesab edirəm ki, əgər Rusiya həmsədr dövlətdirsə bu funksiya ilə sülhün tərəfdarı olmalıdır. Rusiya istənilən halda pasifist mövqedən çıxış etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə