Cümşüd Nuriyev: “Rusiyanın Xəzərdə donanmasını gücləndirməsi İrana dəstək nümayişidir”
Rusiyanın Xəzər planı

Xəzər daxili dəniz hesab olunduğuna görə orda hərbi dəniz qüvvələrinin saxlanılıması mümükünsüzdür. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, Azərbaycan özünün dəniz sərhədlərini qorumağa məcburdur: "Buna görə, Azərbaycan Xəzərdə hərbi dəniz donanması saxlayır. Rusiyanın Xəzərdə donanmasını gücləndirməkdə məqsədi İrana ehtimal edilən hücumu önləmək, yaxud bu prosesdə varlığını sübut etməkdir. Buna baxmayaraq Rusiyanın göstərişləri ilə hərəkət etməyən Azərbaycan və Türkmənistanı nəzarətdə saxlamaq üçün donanmasını gücləndirməkdə davam edir. Ancaq Rusiyanın Xəzərə yeni formada qayıdışı uğurlu olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə