Fazil Mustafa: "İnanmıram ki, ağılı başında olan insan AXCP-nin tərkibinə keçsin" MÜNASİBƏT
"Aksiyalarla bağlı bu qədər yüksək cərimələrin nəzərdə tutulmasını yanlış hesab edirəm". Bunu SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar bir qrup gəncin keçirdiyi aksiya zamanı saxlanılan şəxslərə tətbiq olunan cərimələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, cərimələrin məbləği nə qədər çox olsa belə, qanun çərçivəsində müəyyən addımların atılması gözləniləndir: "Bu kimi məsələlərdə qanunauyğun fəaliyyət göstərmək vacibdir ki, belə yüksək cərimələr insanlara tətbiq olunmasın. Bütün hallarda insanların yaşayış səviyyəsinə görə, yüksək cərimələrin nəzərdə tutulmasını müsbət qarşılamaq olmaz".
Millət vəkili həminin Müsavat partiyasının bir qrup üzvünün AXCP-nin tərkibinə keçməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələ inandırıcı deyil. İnanmıram ki, ağılı başında olan insan AXCP-nin tərkibinə keçsin. Çünki adıçəkilən partiya ən güclü və təmiz vaxtlarında belə cəmiyyəti əhatə edən təşkilata çevrilə bilmədi. Bu gün isə Əbülfəs Elçibəyə dönük çıxmış və ona qarşı ədalətli olmayanların arxasınca insanların kütləvi şəkildə gedəcəyini düşünmürəm. Bu kimi məlumatlar sadəcə, təxribat məqsədi ilə yayılan informasiyalardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB