"Milyonerlər İttifaqı" ölkəmizin suverenliyi üçün...

"Milyonerlər İttifaqı" ölkəmizin suverenliyi üçün...

"Moskvada azərbaycanlı oliqarxların yaratdığı "Milyonerlər İttifaqı"nın ölkəmizin suverenliyi üçün təhlükəsi yoxdur." SİA-nın verdiyi xəbərə görə, bunu "Cənubi Qafqaz" politoloqlarının diskussiya klubunun bu gün Bakıda keçirdiyi "2012-ci ildə xarici siyasətin yekunlarının təhlili və 2013-cü ilin perspektivləri" barədə mətbuat konfransında politoloq Rasim Ağayev deyib.

Onun sözlərinə görə, oliqarxların arxasında hansısa qüvvələrin dayandığı istisna olunmur: "Şübhə etmirəm ki, onların arxasında hansısa qüvvə ola bilər. Bu amildən istifadə edən qüvvələr az deyil. Xüsusilə Rusiyada şovinist, millətçi dairələr çoxdur. Bəlkə də bundan istifadə edən qüvvələr tapılacaq. Yadımızdan çıxarartmamalıyıq ki, bu il Azərbaycanda seçkilər keçiriləcək. Bu proses zamanı təbii ki, gərginlik olacaq və bundan istifadə edən qüvvələrin sayı artacaq. Ona görə, hesab edirəm ki, biz bu cür prosesləri izləməli və hər bir təhlükəyə hazır olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə