Mais Səfərli: "İsa Qəmbər müştəbehlik edir"

Mais Səfərli: "İsa Qəmbər müştəbehlik edir"

İsa Qəmbər müştəbehlik edir və bu, özünü şişirtməkdən başqa bir şey deyil. Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib.

Partiya sədri bildirib ki, İsa Qəmbər seçki öncəsi bütün diqqəti öz üzərinə yönəltmək üçün bütün çirkin oyunlara əl atır. Cılızlığı ilə barışa bilməyən İ.Qəmbərin "məndən başqa müxalifətdə heç kimin namizəd ola bilməz" fikri də özündən razılıq, başqa liderlərə yuxarıdan aşağı baxmaq əlamətidir.

M.Səfərli bildirib ki, İsa Qəmbərin bu mövqeyi qəbuledilməzdir, sadəcə cəfəngiyyatdır: "Əgər o seçkilərə qatılsa öz "çəkisini", nəyə qadir olduğunu görəcək".

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə