Aydın Hüseynov: "İsa Qəmbərin Lənkəranda etirazla qarşılanması bütövlükdə xalqın radikal müxalifətə olan münasibəti ortaya qoyuldu"
"Ümumiyyətlə, ictimai rəy və kütləvi şüur elə bir fenomendir ki, siyasətlə məşğul olan hər bir kəs onunla razılaşmalı, hesablaşmalıdır". Bunu YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, məhz, Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamlı olmasını istəməsi, Prezident İlham Əliyevin parlaq qələbələrini təmin edir: "Xalq firavan həyat və yüksək sosial rifah istədiyindən cənab İlham Əliyevin növbəti dəfə də Prezident seçilməsini istəyir. Çünki, İsa Qəmbərin və Əli Kərimlinin AXC-Müsavat hakimiyyəti dönəmində ölkənin və xalqın başına gətirdiyi oyunları heç kəs yaddan çıxarmayıb. Məhz, həmin günlərin qoyduğu izlərdir ki, bu gün insanlar nə Müsavatı, nə də AXCP-ni qəbul edir".
Aydın Hüseynov diqqətə çatdırıb ki, Lənkəranda şəhid valideynlərinin İsa Qəmbərə etiraz etməsi, onu şəhərə buraxmaması açıq olan məsələdir: "Yəni, insanlar İsa Qəmbərin timsalında 1992-ci ilin dəhşətlərini gördüyündən, onu qəbul etmək istəmir".
Ekspert vurğulayıb ki, İsa Qəmbər bu hadisədən nəticə çıxarıb siyasətdən birdəfəlik getməli idi: "Heç bir halda xalqı zorla kimisə dəstəkləməyə vadar etmək olmaz. Əgər insanlar İsa Qəmbəri və ya Əli Kərimlini qəbul etmirsə, bununla sadəcə razılaşmaq lazımdır. Amma Müsavat başqanı səhv addım ataraq, insanları qınadı. Bu da İsa Qəmbərin əsil mahiyyətini ortaya qoymuş oldu".
Aydın Hüseynov düşünür ki, İsa Qəmbərin Lənkəranda etirazla qarşılanması bütövlükdə xalqın radikal müxalifətə olan münasibəti ortaya qoyuldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB