Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsi ilə bağlı məsələyə münasibət bildirib. Nazir bu məsələnin gündəmdə saxlandığını qeyd edib: "Bu məsələ ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb. Biz qeyd etmişik ki, bu, qanunsuz addımdır. Köçürülənlərin sayı çox olmaya bilər, amma biz istənilən halda bu məsələni diqqətdə saxlayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB