Norveçin xarici işlər naziri Azərbaycana səfərə gəlib

Norveçin xarici işlər naziri Azərbaycana səfərə gəlib

Norveç Krallığının xarici işlər naziri Espen Bart Eide Azərbaycana gəlib. Bu barədə SİA-ya Norveç Xarici İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bu gün E. Eideni Azərbaycan prezidenti İlham Əliyevin qəbul edəcək. Həmçinin onun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur. Görüş zamanı ikitərəfli əlaqələrinin genişləndirilməsi, o cümlədən enerji sahəsində əməkdaşlıq məsəlləri müzakirə olunacaq. E. Eidenin Azərbaycan Diplomatik Akademiyasında mühazirə ilə çıxış edəcəyi bildirilir.

Həmçinin nazirin Azərbaycanda təmsil olunmuş Norveç şirkətləri, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə