İranın nüvə silahı əldə etməsinin qarşısını almaq əsas prioritet məsələdir
Seçkilərdə qalib gəlsəm İranın nüvə proqramı əsas prioritetim olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ senatoru Mitç Makkonelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. Onun sözlərinə görə, İsrail bölgədə böyük bir təhdidlə qarşı-qarşıyadır: "İsrailə meydan oxumaq istəyən qüvvələr var. İranın nüvə silahı əldə etməsini önləmək iki ölkə üçün ən böyük prioritet məsələdir".
Qeyd edək ki, İsrail parlamentinə seçkilər bu ilin yanvarın 22-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB