Azərbaycan vətəndaşının məlum olmayan səbəblərə görə, ölümü bizi bir gənc olaraq çox narahat edir. Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAİT) sədri Gülsel Səfərova Azərbaycan əsgəri Ceyhun Qubadovun müəmmalı ölümünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər bir halda biz əsgər ölümünə yox deyirik: "Mən bir gənc olaraq bu məsələnin sonadək araşdırılmasının tərəfadarıyam. Digər tərəfdən isə bu kimi hadisələr sanki bəzi qrup insanların əlində fürsət xarakteri daşıyır. Həmin insanlar hətta əsgər ölümünü belə siyasiləşdirməyə çalışırlar. Əsgər ölümü bir növ Azərbaycan vətəndaşlarının problemidir. Belə bir halda düşünürəm ki, əsgər ölümünün istintaqı ilə bağlı ya əməlli fəaliyyət göstərilməlidir ya da ki, mərhumun ailəsinin yanında olaraq ona mənəvi dəstək olunmalıdır. Amma, təəssüflər olsun ki, müxtəlif sosial şəbəkələrdə müxalifət adlandırığımız bəzi insanlar, xüsusilə də gənclər bunu bir növ provokasiya ilə cilalamağa çalışırlar. Hətta bu kimi insanlar qüvvələri səfərbər edərək aksiya keçirməyə belə cəhd göstərirlər. Mənə çox maraqlıdır ki, iki nəfər Azərbaycan vətəndaşı düşmən snayperinin hücumuna məruz qaldığı zaman nəyə görə aksiya keçirilmədi, səfərbərlik elan edilmədi? Maraqlıdır, görəsən bu onların məqsədlərinəmi uyğun deyildi, yoxsa bu sırf milli məsələ idi? Mən burada paradoksallıq və qeyri-ciddilik görürəm".
G.Səfərova hesab edir ki, Azərbaycan gəncliyi nəyin düz, nəyin səhv olduğunu görür və bilir: "Bu gün hərtərəfli, dinamik şəkildə inkişaf edən Azərbaycan hətta mənfi, müsbət hadisələrdə belə öz reaksiyasını bildirib. Artıq hadisə ilə bağlı istintaq başlayıb, proses davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB