Rasim Musabəyov: “"Patriot"lar Əsəd rejiminə xəbərdarlıqdır”

Rasim Musabəyov: “"Patriot"lar Əsəd rejiminə xəbərdarlıqdır”

"Patriot" zenit raket kompleksləri Türkiyənin təhlükəsizliyini qorumaq üçün yerləşdirilib. Buna səbəb isə Suriyanın kimyəvi silaha malik olmasıdır. Bunu SİA-ya açıqlamsında politoloq Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, Suriyada vəziyyət nəzarətdən çıxarsa onların Türkiyəyə qarşı istifadəsi mümkündür: "Belə bir təhlükəni neytrallaşdırmaq vacib idi. Bunun üçün də Türkiyə NATO-dakı müttəfiqlərindən bu köməyi istəyərək müəyyən mənada öz ərazi və əhalisini belə təhlükələrdən sığortalayır. Ancaq komplekslərdən Suriya hava məkanında uçan obyektlərə qarşı qadağa tətbiq etmək üçün də istifadə oluna bilər. Hələlik belə bir qərar verilməsə də, bir növ bu, Əsəd rejiminə qarşı bir xəbərdarlıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə