Nazir növbəti səfərinə hazırlaşır

Nazir növbəti səfərinə hazırlaşır

İranın xarici işlər naziri Əli Əkbər Salehi Misirə səfər edəcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, üçgünlük səfər çərçivəsində Ə.Salehi Misir prezidenti Məhəmməd Mursi, baş nazir Huşam Qəndil, xarici işlər naziri Məhəmməd Kamil Əmru və bu ölkənin digər rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq.

Xatırladaq ki, Ə.Salehi yanvarın 5-də Afrika turnesinə çıxıb. Səfər çərçivəsində nazir Benin və Qanada olub.

Bütün xəbərlər Facebook səhifəmizdə