Hər bir kəs kimi mənim üçün də 2012-ci il çox uğurlu illərdən biri kimi yadda qalıb. İlk növbədə, işlədiyim "Səs" Media Holdinq şirkətində bir çox uğurlara və nailiyyətlərə imza atdım. Bir il yarım fəaliyyətim dövründə Səs İnformasiya Agentliyində (SİA) aparıcı siyasət yazarı kimi özümü doğrultdum və bütün siyasətin yükünü öz çiyinlərimə götürdüm. Bununla belə, "Səs" İnternet televiziyasında (SəsTV) aparıcı və müxbir kimi bir sıra yeni layihələrin aparıcısına çevrildim. Bunlara misal olaraq, ölkəmizi və vətəndaşlarımızı maraqlandıran aktual mövzuları ("Erkən nikahlar", "Uşaq hüquqlarının qorunması", "Narkomaniya", "Küçə uşaqları" və s.) "Doğruya Doğru", "Gündəm" verlişləri vasitəsilə tamaşaçılarımızın diqqətinə çatdırdım. Eləcə də ölkədə və dünyada baş verən xəbərləri "24 saat Xəbərlər Buraxılışı"nın aparıcısı kimi sizlərin evinizə gətirdim.
Mənə qarşı olan bütün iradları, tənqidləri öyənməyim və özümü tanıtdırmağım üçün qəbul etdim. Çünki mənim arzularım daha çox idi. Qarşıma başlıca məqsəd kimi getdikcə irəliləməyi və yeni-yeni nailiyyətlər qazanmağı qoymuşdum. Bəlkə də bunun nəticəsi idi ki, iyulun 24-ü 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümündə YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov tərəfindən 22 iyul - Milli Mətbuat Günü münasibətilə mükafata layiq görüldüm.
Məhz bundan sonra YAP-ın və hakim partiyanın Gənclər Birliyinin ölkədə və xaricdə keçirilən bütün tədbilərinə ezam olundum. Bu mənim üçün həm sevincli həm də məsuliyyətli bir an idi.
SəsTV-də hazırladığım bütün reportajlarda, araşdırmalarda cəmiyyətin bütün təbəqələrinin arzu və istəklərini canlandırmağa çalışdım. Bütün bunlara nail olduğuma və mənə bu şəraiti yaratdığına görə, "Səs" Media Holdinqin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
2013-cü il isə mənim üçün daha məsuliyyətli il kimi tarixlərə həkk olunacaq. Bildiyiniz kimi həmin ildə Prezident seçkiləri keçiriləcək ki, həmin seçkilərin də tam dolğun və obyektiv şəkildə ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırılması mənim üzərimdə olacaq. Artıq mən bu məsuliyyətin ağır yükünü indidən öz üzərimdə hiss etməyə başlamışam. İnanıram ki, növbəti illərdə olduğu kimi 2013-cü ildə də Yeni Azərbaycan Partiyasının (YAP) sədri, ölkə başçısı İlham Əliyev yenidən Azərbaycan respublikasının prezidenti seçiləcək və gənclərə göstərilən diqqət və qayğı bundan sonra da uğurlu bir şəkildə davam etdiriləcək.
Sonda "Səs" Media Holdinqin bütün kollektivini və Azərbaycan xalqını "Yeni il" münasibətilə səmimi qəlbdən təbrik edirəm və tezliklə Dağlıq Qarabağ torpaqlarının düşmən tapdağından azad olunacağına ümidvar olduğumu bildirirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB