Abşeronlular Prezident İlham Əliyevə minnətdarlığını bildirir

Abşeronlular Prezident İlham Əliyevə minnətdarlığını bildirir

Məlum olduğu kimi, dekabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif edildi və fəxri adlar verildi. Bu səbəbdən də, abşeronlular Prezident İlham Əliyevə minnətdarlığını bildirir.

Dövlət başçısı İlham Əliyevə ünvanlanmış təşəkkür teleqramında deyilir: "Möhtərəm cənab Prezident Sizi 31 dekabr Dünya Azərbaycanlılarınn Həmrəyliyi günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirik, Sizə can saglığı, şəxsi həyatınızda və işlərinizdə uğurlar arzulayırıq.

Qarşıdan gələn Yeni il Müstəqil Azərbaycanımızın, Dünya Azərbaycanlılarının və şəxsən Sizin üçün əminəmanlıq, firəvanlıq illəri olmasını diləyirik. Abşeron rayonunun Sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi və fəxri adların verilməsi haqqında 26 dekabr 2012-ci il tarixli Sərəncəmlarınızı bəyənir və Sizə minnətdarlığımızı bldiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə