Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılacaq

Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılacaq

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən, azərbaycanlı zabitlər gələn il yanvarın 7-dən iyunun 26-dək ABŞ-ın Hərbi Dəniz Akademiyasında təhsil alacaqlar.

Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, azərbaycanlı hərbçilər gələn il yanvarın 14-dən fevralın 22-dək Çexiyada Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu keçəcəklər.Hərbçilər beynəlxalq tədbirlərə qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə