ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı məlum videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayeva vəfat edib. SİA-nın məlumatına görə, Sevinc Babayeva Türkiyədə dünyasını dəyişib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun dediyinə görə, mərhumun oğlu Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib.
Dəqiqləşdirmələr aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB