Deputat Şimali Kiprə səfər edəcək

Deputat Şimali Kiprə səfər edəcək

Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə Şimali Kiprə səfər edəcək. Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbə Cəfər Mənsimi SİA-ya bildirib ki, Mirzəzadənin Şimali Kiprə səfəri Doğu Akdeniz Universitetinin və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin dəvəti ilə baş tutacaq. Millət vəkili adı çəkilən qurumun təşkilatçılığı ilə Doğu Akdeniz Universitetində keçiriləcək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Azərbaycan-keçmişdən gələcəyə" adlı beynəlxalq konfransa qatılaraq, "Türk xalqlarının həmrəyliyi dünyanın inkişafına töhfədir" mövzusunda çıxış edəcək.

O, eyni zamanda Şimali Kipr rəhbərliyi və Doğu Akdeniz Universitetinin rektoru və burada təhsil alan azərbaycanlı tələbələrlə də görüşəcək. Tələbələrlə görüş zamanı Aydın Mirzəzadə Kiprdə təhsil alan azərbaycanlı gənclərin problemlərini dinləyəcək və eyni zamanda onları maraqlandıran sualları cavablandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə