Region dövlətlərinin həyatına təsir üç amil-xarici maraqlar, postsovet dövrünün qırılmış iqtisadi əlaqələri və daxili durum Cənubi Qafqazın hər üç dövlətinin vəziyyətini bir-birinə bağlayır. Yəni, burada ayrılıqda götürülmüş halda "xoşbəxtlik adası"na çevrilmək mümkün deyil. Bunu millət vəkili Zahid Oruc sosial şəbəkələrin birdəki səhifəsində yazıb.
Onun sözlərinə görə, bütün bunlar regionun inkişafına mənfi təsir göstərir: "Bəzi hesablamalara görə, bölgədəki gərgin vəziyyət və münaqişələr səbəbindən ümumi daxili məhsulun yarısı qədər itkilər mövcuddur. Bu isə keçmiş vahid məkanda birgə iş, həyat və əlaqələrə malik olan Qafqazın iqtisadi durumunu daha da ağırlaşdırır. Gürcüstan xalqı inqilab edib özünə və bizə vurduğu zərbələri ötən əsrin əvvəllərinə oxşar bir vəziyyət yaradıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB