Cümşüd Nuriyev: "Dünyanın sonu ilə bağlı fikirlər İslama qarşı yönəlib"
Dünyanın sonunun gəlməsi ilə bağlı hər hansı bir kosmik problem yoxdur. Bunu SİA-ya açıqlamsında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, dünyanın sonu ilə bağlı dezinformasiyalrın yayılması ABŞ-ın apardığı siyasətdir: "Dörd ailənin əlində olan ABŞ-ın Federal Rezerv Bankının dolları buraxmaqla bağlı müqaviləsi başa çatır. Burda da əsas rolu dörd ailənin yenidən dünyanı pul ilə idarə etmək üçün yürütdüyü siyasətdir. Əslində dünyanın sonu onlar üçün çatıb. Çünki Barak Obamanın müqaviləni yeniləmək fikri yoxdur. Bütün bunlar həmin ailələrin dünyanı qorxuya salmaq üçün mason təşkilatının əli ilə yaratdığı xofdur. Həmçinin bu İslam əleyhinə aparılan bir təbliğatdır. Çünki belə təbliğatla İslamı gözdən salmaq istəyirlər. Ancaq unudurlar ki, İslamın kitabı müqəddəs "Qurani-Kərim"dir. Xristiyanların 18 cür "İncil"i, yəhudilərin isə 39 cür "Tövrat"ı var. Allahın sonuncu kəlməsi İslama aid olduğuna görə, müsəlmanları aşağılamağa çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB