Hər bir Azərbaycan vətəndaşı əvvəlcə öz dövlətinin qayığısın çəkməli, yaşadığı və doğulduğu torpağa qiymət verməlidir. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, ABŞ indiyə qədər Azərbaycana Afrikanın ikinci və üçüncü növ dövləti kimi baxıb: "Artıq Barak Obama Moldova və Rusiyanı 907-ci düzəlişdən azad edib. Ancaq ABŞ Azərbaycana qarşı bu düzəlişi ləğv etməyib. Nəzərə alsaq ki, SSRİ-nin hüquqi varsi olan Rusiyada bu düzəliş ləğv olunubsa Azərbaycanda da ləğv olunmalıdır. ABŞ bunu saxlamaqla Azərbaycana ikili standartla yanaşdığını bir daha ortaya qoyur, eyni zamanda Azərbaycanı aşağılayır. Belə bir ölkənin səfiri ilə görüşlərin keçirilməsi müxalifətə başucalığı gətirməyəcək. Tarixinə və mədəniyyətinə görə, ondan qədim olan dövlətə qarşı belə iki standartlardan yanaşdığına görə, ABŞ atdığı addımlara görə utanmalıdır. Müxalifət bir kürsüyə görə, belə bir ölkənin səfirinə dövlətini satır. Sonra da xalqdan etibar limiti istəyirlər. Bu xalq onlara necə etibar krediti verə bilər ki, dövlətimizi aşağılayanlarla bir yerdədirlər. Belə bir nəticəyə gəlmək olar ki, müxalifət Azərbaycanı aşağılayan dövlətin səfiri Riçard Morninqstarı dəstəkləyirsə onda onlarla heç bir fərqləri yoxdur. İlk növbədə insan özünə hörmət etməlidir. Əgər özünə hörmət qoymursansa, heç kim sənə hörmət qoymayacaq. Morninqstarla müxalifətin demokratik seçkilər ətrafında müzakirələr aparmaları əbəsdir. Azərbaycan xalqı buna özü qərar verəcək. Xalqımız hər zaman öz prezidentini dəstəkləyir. Kənar qüvvələr Azərbaycandan sadəcə iqtisadi imtiyazlar qopartmağa çalışırlar. Bunun üçün də müxalifətdən vasitə kimi istifadə edirlər. Artıq Azərbaycan 21 ildir müstəqil siyasət yürüdür. Ancaq 21 ildə Azərbaycanın müxalifət partiyaları müstəqil ola bilmir. Çıxşlarında isə müstəqillikdən, demokratiyadan, azadlıqdan dəm vururlar. Əgər insan siyasi cəhətdən köləlikdən azad ola bilmirsə, dövlətə və xalqa nə xeyir verəcək?".
Müxalifətin vahid namizəd məsələsinədə toxunan politoloq bildirib ki, müxalifətin vahid namizədlə seçkidə iştirak etməyəcəyi hər kəsə bəllidir: "Müxalifət deyilən zümrədə ancaq ittihamlar hökm sürür. Bunların içərisində bir qədər oturuşmuş siyasi qüvvə Müsavat Partiyasıdır. Onların içərisində isə ən təcrübəli siyasətçi İsa Qəmbərdir. Əgər onlar vaxtilə Elçibəyi ittiham etdikləri kimi İ.Qəmbəri də ittiham edirlərsə bir araya gəlmələri mümkün deyil. Bütün bunlar göstərir ki, onlar seçkidə heç 5% səs belə yığa bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB