Düşmən cavab atəşi ilə susdurulub

Düşmən cavab atəşi ilə susdurulub

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə