Mübariz Əhmədoğlu: “Vasitəçilər Ermənistanın qarşısında acizdirlər”
"ATƏT-in Dublin ministerialı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilərin irəliləmək əvəzinə gerilədiyini nümayiş etdirdi. ATƏT MQ vasitəçiliyinin geriləməsinin bir- birilə əlaqəli 3 səbəbi mövcuddur". Bu fikirləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
O qeyd edib ki, birinci səbəb ATƏT MQ-nin konsensus mexanizmi ilə işləməsidir: "Vasitəçilərdə, eləcə də münaqişənin tənzimlənməsində marağı olan tərəflərdə konsensus səsvermə prinsipi pessimizm yaradır. Heç bir tərəf sonadək kartlarını açmaq istəmir. Ən azı ona görə ki, Ermənistanın səs verməyəcəyini və bununla da təkliflərinin rəsmiləşməyəcəyini düşünürlər. İkincisi, vasitəçilərin tənzimləməyə yanaşmaları qüsurludur. Vasitəçilər əsas işlə yəni münaqişəni tənzimləməklə deyil, ehtimalı əlavə nəticənin qabağını almaqla, yəni müharibənin qarşısını almaqla məşğuldurlar. Münaqişə tənzimlənmədiyi üçün müharibə ehtimalı yüksəlir. Üçüncüsü, Vasitəçilər Ermənistanın manevraları qarşısında acizdirlər. Bəlkə də özləri Ermənistanın belə mövqe nümayiş etdirməsində maraqlıdırlar və hətta Ermənistana bu mövzuda şərait yaratdıqlarını da ehtimal etməyə əsas var. S.Sərkisyanın Moskvada KTMT iclasında etdiyi çıxış Ermənistanla ATƏT MQ vasitəçilərinin iş birliyinin və ya eyni mövqedə olmasının təkzibolunmaz dəlilidir".
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB